Bu gün “Araz-Naxçıvan” növbəti oyununu keçirəcək

“Araz-Naxçıvan” klubu bu gün futzal üzrə UEFA çempionlar liqasının əsas mərhələsində 2-ci oyununu keçirəcək.

Allsport.az xəbər verir ki, “B” yolunda yer alan Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv 6-cı qrupdakı növbəti sınağında Rumıniyanın “Yunayted Qalati” komandası ilə qarşılaşacaq. İvano-Frankovsk şəhərindəki Peşəkar Bədən Tərbiyə Kollecinin zalında oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. Görüşü Sloveniyadan olan referi Deyan Veseliç idarə edəcək.

Qrupdakı ilk görüşündə Ukrayna “Uraqan”ına 1:2 hesabı ilə uduzan Azərbaycan çempionu 3-cü pillədə qərarlaşıb. Kosovo “Ligeni”si ilə dueldən məğlub ayrılan Rumıniya təmsilçisi isə sonuncudur.

Çempionlar liqası, əsas mərhələ

“B” yolu, 6-cı qrup

II tur

18:00. “Araz-Naxçıvan” (Azərbaycan) – “Yunayted Qalati” (Rumıniya)

Baş hakim: Deyan Veseliç (Sloveniya)

İvano-Frankovsk, Peşəkar Bədən Tərbiyə Kollecinin zalı.

6-cı qrupun oyunları Ukraynada keçirilir. Bu qrupun digər matçında “Uraqan” və “Ligeni” komandaları üz-üzə gələcək.

Həmin kateqoriyadan