“Bu, yorğunluq, gərginlik yaradıb”

“Qarabağ” premyer liqanın 17-ci turunda Tofiq Bəhramov adına respublika stadionunda “Neftçi”yə 2:0 qalib gəlib. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Qurban Qurbanov bunu deyib:

“Özümüzü digər komandalardan ayırmaq istəmərik. Çünki hamımız Azərbaycan futbolu üçün bu turniri keçiririk. Bu gün biz uğurluyuq, ola bilər sabah digərləri olsun. Çempionatın əvvəlində və ikinci dövrənin başlanğıcında bizim böyük xal itkilərimiz oldu.

Rəqiblər bizi daha yaxından tanıyırlar. Bizim üçün asan deyil. İstənilən nəticə də ola bilər. Daha da məsuliyyətli olmalıyıq. Xankəndidə keçiriləcək kubok matçını səbirsizliklə gözləyirik. Matça çox ciddi hazırlaşırıq. Mövsümün ilk yarısının sonudur.

Futbolçular 30-31 oyun keçiriblər. Millidə olanlar əlavə 3-5 matça çıxıblar. Bu, yorğunluq, gərginlik yaradıb. Sanki gücümüz bir az azalıb. Çalışacağıq ki, futbolçular həm kubok həm çempionat matçına motivasiya ilə hazırlaşsınlar”.

Həmin kateqoriyadan