Cənubi Azərbaycanı təmsil edən daha bir komanda məğlub oldu

İran çempionatında 14-cü tura yekun vurulub. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən komandalardan “Göstəriş” də növbəti matçına çıxıb.

Təbriz klubu səfərdə “Persepolis”lə qarşılaşıb. Azərbaycan təmsilçisi 0:1 hesablı məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, öncəki gün “Traktorsazi” doğma meydanda lider “İstiqlal” ilə qarşılaşmış və 0:0 hesablı heç-heçəyə razılaşmışdı. Güney Azərbaycanı İran çempionatında təmsil edən Ənzəlinin “Malavan” komandası isə turu məğlubiyyətlə başa vurmuşdu. Bu komanda səfərdə “Saba Qom”a 0:1 hesabıyla məğlub olmuşdu.

Hazırda Cənubi Azərbaycan təmsilçilərindən “Göstəriş” 16 klub arasında 20 xalla 8-cidir. “Traktorsazi” 19 xal toplayıb və 9-cu pillədədir. “Malavan” isə 16 xalla 11-cidir.

Həmin kateqoriyadan