Cərimələndi

Cərimələndi

PSJ gender bərabərliyi qaydalarına əməl etmədiyi üçün cərimələnib.

Allsport.az xəbər verir ki, Paris inzibati məhkəməsi klubun 2 milyon 728 min 468 avro cərimə ödəməsi barədə qərarı qüvvədə saxlayıb.

Qərar Fransa əmək müfəttişliyinin 2024-cü ilin martında verdiyi qərarla bağlıdır. PSJ 2022-ci ildəki gəlirinin 0,5 faizi qədər cərimə olunub.

Klubda qadın əməkdaşların ən yüksək maaş alan 10 işçi arasında az olması bu qərara səbəb olub. PSJ isə 2023-cü ildən bu məsələdə müəyyən edilmiş tələblərə əməl etdiyini bildirib.

Həmin kateqoriyadan