Dünya çempionluğu uğrunda mübarizə aparmaq istəmir

Dünya çempionluğu uğrunda mübarizə aparmaq istəmir

Şahmat üzrə 16-cı dünya çempionu, norveçli Maqnus Karlsen klassik şahmat üzrə dünya çempionluğu uğrunda mübarizəyə qayıtmaq istəmədiyini bildirib.

Allsport.az xəbər verir ki, əvvəl Karlsen motivasiyasının olmadığını əsas gətirərək 2023-cü ildə dünya çempionluğu uğrunda matçda iştirakdan imtina etmişdi.

Norveçli qrossmeyster mümkün 20 milyon dollarlıq mükafat müqabilində dünya çempionluğu uğrunda mübarizə aparıb-aparmayacağı ilə bağlı suala da münasibət bildirib:

“Mükafatın nə qədər olmalı olduğunu təxmin etmək istəmirəm. İdman baxımından şahmatda klassik şahmat üzrə dünya çempionluğu uğrunda ayrıca matçda iştirak etməkdən daha çox maraqlandığım çox şey var. Ən yüksək səviyyədə yarışların nə qədər yorucu olduğunu başa düşürəm”.

O, uzunmüddətli partiyaların fiziki cəhətdən yaratdığı çətinliklərdən də danışıb:

“Artıq beş-altı saat davam edən partiyalar oynamıram. Əvvəllər isə saatlarla mübarizə aparmaq bacarığı çox vacib idi. Fiziki formamın ən yaxşı dövründə bundan tez-tez faydalanırdım. Bəlkə də rəqiblərimi partiyanın həlledici mərhələsinə çatmamış məğlub edə bilmirdim.

İndi əvvəlki fiziki formada deyiləm. Bunun səbəblərindən biri də artıq bütün vaxtımı klassik şahmata həsr etməməyimdir. Buna görə də indi partiyaları daha tez qazanmağa çalışıram”.

Həmin kateqoriyadan