İkinci oyunda da məğlub oldu

İkinci oyunda da məğlub oldu

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsində keçirdiyi ikinci oyunda da uduzub.

Allsport.az xəbər verir ki, U-20 EEVZA – şərqi Avropa voleybol zonal assosiasiyası çempionatında Latviya seçməsinə məğlub olub.

Qarşılaşma 3:0 hesabı ilə bitib.

Xatırladaq ki, Göyxan Edmanın baş məşqçisi olduğu kollektiv ötən gün Polşa komandasına da eyni hesabla uduzub.

Həmin kateqoriyadan