- Baxış sayı: 48
- 25 Oktyabr 2026 10:00
- Baxış sayı: 614
- Oktyabr 21, 2026
- 0

Düşənbədə cüdo üzrə gənclər arasında qran pri turnirinə start verilib.
Allsport.az xəbər verir ki, dünya cüdo turuna daxil olan yarışın ilk günündə Azərbaycan təmsilçiləri 3 medal qazanıblar.
57 kq çəki dərəcəsində mübarizə aparan Vüsalə Hacıyeva gümüş mükafata sahib çıxıb. Eyni çəkidə yarışan Xədicə Qədəşova və 63 kq-da çıxış edən Hanna Zaytseva isə fəxri kürsünün üçüncü pilləsində qərarlaşıblar.
Turnirin ikinci günündə Azərbaycanın daha 5 cüdoçusu tatamiyə çıxacaq.