Kəmər dərəcələri üzrə imtahan

Kəmər dərəcələri üzrə imtahan

Abşeron olimpiya idman kompleksində kəmər dərəcələri üzrə növbəti rəsmi imtahan keçirilib.

Allsport.az xəbər verir ki, imtahanda 379 cüdoçu iştirak edib.

İdmançılar yaş uyğunluğuna əsasən ağ-sarı, sarı, narıncı, yaşıl, göy və qəhvəyi kəmər dərəcələri üzrə bacarıqlarını nümayiş etdiriblər. İmtahanı uğurla başa vuran idmançılara müvafiq kəmər və sertifikatlar təqdim olunub.

Kəmər imtahanları cüdoçuların texnikaları daha sistemli və hərtərəfli mənimsəməsinə, eyni zamanda motivasiyalarının artmasına xidmət edir. Bu mərhələ həm də nüfuzlu daxili yarışlarda iştirak üçün vacib şərtlərdən biri hesab olunur.

Həmin kateqoriyadan