“Gənc futbolçular üçün zirvədə uzun müddət qalmaq daha çətin olacaq”

“Gənc futbolçular üçün zirvədə uzun müddət qalmaq daha çətin olacaq”

“Çikaqo”nun hücumçusu Robert Levandovski gələcəkdə futbolçuların uzun müddət yüksək səviyyədə çıxış etməkdə çətinlik çəkəcəklərini düşünür.

Apasport.az xəbər verir ki, 38 yaşlı polşalı futbolçu gənc oyunçuların uğura daha tez çatdıqlarını, lakin zirvədə qalmağın onlar üçün daha çətin olacağını bildirib:

“Gələcəkdə bizim bacardığımız və ya hazırda bacardığımız qədər uzun müddət zirvədə qalmaq mümkün olmayacaq. Bu gün gənc oyunçular üçün hər şey daha asan baş verir. Bizim nəslin nəyəsə nail olması üçün daha çox vaxt lazım idi. Səbirli olmaq tələb olunurdu. Bunun üçün illər sərf edirdik.

İndi isə gənclər üçün hər şey çox sürətlə baş verir. Düşünürəm ki, uzun müddət zirvədə qalmaq mümkün olmayacaq, çünki onlar karyeralarına daha erkən başlayırlar. Nəticədə, onlar da adi insanlardır.

Bəli, onlar möhtəşəm futbolçulardır və bizim nəsillə müqayisədə ən yüksək səviyyəyə daha tez çatırlar. Amma bəlkə də məhz buna görə həmin səviyyədə qalmaq onlar üçün daha çətin olacaq. Söhbət psixologiyadan deyil, fiziki yorğunluqdan gedir. Uzun illər yüksək səviyyədə oynamaq asan deyil. Həm fiziki hazırlıq, həm də psixologiya üzərində daim işləmək lazımdır.

Əgər karyeranın lap əvvəlində hər şey çox asan əldə olunursa, hətta bu, öz-özünə baş verməsə də, ciddi səy göstərmədən mümkün olursa, zaman keçdikcə zirvədə qalmaq üçün nə qədər çalışsanız da, nəsə çatışmayacaq. Müəyyən məqamda ən yüksək səviyyədə qalmaq üçün vacib olan həmin aclığı, motivasiyanı itirəcəksiniz”.

Robert Levandovski karyerası ərzində “Barselona” və “Bavariya” kimi klublarda çıxış edib.

Həmin kateqoriyadan