- Baxış sayı: 523
- 21 Oktyabr 2026 22:22
- Baxış sayı: 523
- Oktyabr 21, 2026
- 0

Portuqaliyanın Portiman şəhərində keçirilən cüdo üzrə veteranlar arasında Avropa çempionatında Azərbaycan təmsilçisi Fərhad Rəcəbli qızıl medal qazanıb.
Allsport.az xəbər verir ki, “M8” yaş kateqoriyasında -90 kq çəki dərəcəsində mübarizə aparan Rəcəbli bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Təmsilçimiz final görüşündə Böyük Britaniya cüdoçusu Ceyms Veyti məğlub edib.
Bu nəticə ilə Fərhad Rəcəbli veteranlar arasında karyerasında 12-ci dəfə Avropa çempionu tituluna yiyələnib. O, eyni zamanda 12 qat dünya çempionudur.
Veteranlar arasında Avropa çempionatında Azərbaycanı ümumilikdə 15 cüdoçu təmsil edir.