- Baxış sayı: 12
- 23 Oktyabr 2026 11:57
- Baxış sayı: 514
- Oktyabr 21, 2026
- 0

“Arsenal”ın sabiq baş məşqçisi, hazırda FİFA-nın futbolun qlobal inkişafı departamentinin rəhbəri vəzifəsində çalışan Arsen Venger Bakıya gəlib.
Allsport.az xəbər verir ki, funksioner axşam saatların Heydər Əliyev adına hava limanına eniş edib.
Venger Bakıda keçiriləcək U-15 dünya çempionatı və futbol festivalı üçün Azərbaycana gəlib.
Tarixdə ilk dəfə keçiriləcək yarışın oyunları oktyabrın 24-də start götürəcək və 30-dək davam edəcək.
Azərbaycan millisi ilk görüşünü oktyabrın 24-də saat 19:30-da Bakı kristal zalında Timor-Leste yığmasına qarşı keçirəcək.