Stadionunu dəyişdi

Stadionunu dəyişdi

“Sabah” ev oyunlarını keçirəcəyi stadionu dəyişdirib.

Allsport.az xəbər verir ki, qərara əsasən, komanda bundan sonra rəqiblərini Mərdəkanda qəbul edəcək.

İndiyədək “Dalğa arena” adı ilə tanınan idman qurğusu bundan sonra “Sabah arena” adlandırılacaq və klubun yeni doğma meydanı olacaq.

Uzun illər ərzində Masazırda komandaya böyük dəstək olan, onun həm sevincini, həm də çətin günlərini bölüşən yerli azarkeşlər də diqqətdən kənarda qalmayıb. Masazır sakinlərinə sadiqlik və sevgi rəmzi olaraq “Sabah arena”da “Masazır tribunası” mövcud olacaq.

Klub rəhbərliyi məkan dəyişikliyinə baxmayaraq, illər ərzində formalaşan ənənələrə və azarkeşlərinə daim sadiq qalacağını vurğulayıb.

Həmin kateqoriyadan