- Baxış sayı: 41
- 23 Oktyabr 2026 22:28
- Baxış sayı: 556
- Oktyabr 21, 2026
- 0

“Zirə” premyer liqanın IX turunda öz meydanında “Sumqayıt”ı 3:2 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Filipe Kandido bunu deyib:
“Məncə, bizim üçün məyusedici oldu. Düşünürəm ki, yekun nəticədə daha çoxuna layiq idik. Matça yaxşı başlamadıq. Oyun qurarkən vacib vəziyyətlərdə toplar itirdik. Rəqibin bundan istifadə etmək üçün keyfiyyətli oyunçuları var. Lakin 0:2-dən sonra komandamın xarakterini bəyəndim. Fasilədə futbolçulara dedim ki, oyunu qaytara bilərik. İki qol vurduq. Təəssüf ki, biri sayılmadı. Məyus olduğum məqam odur ki, daha çoxunu edə bilərdik. Oyunçularımın daha çoxunu bacaracağına inanıram. “Zirə” qələbə qazanmaq üçün nələrsə edəcəkdi. Müdafiədə xırda səhvlər etdik. İnanıram ki, liqanın ən yaxşı kollektivlərinə qarşı oynayacaq komandamız var”.