Avtomobil qəzasına düşüb

Avtomobil qəzasına düşüb

“Trabzonspor”un ulduz qapıçısı Andre Onana “Harts”la oyundan sonra evinə qayıdarkən yol-nəqliyyat hadisəsi ilə üzləşib.

Allsport.az xəbər verir ki, kamerunlu qapıçının avtomobili Yomra rayonunda zəncirvari qəza iştirakçısı olub.

Arxadan gələn avtomobil Onananın idarə etdiyi maşına çırpılıb. Zərbənin təsirindən futbolçunun avtomobili də öndəki nəqliyyat vasitəsinə dəyib və nəticədə zəncirvari qəza baş verib.

Hadisə zamanı Onananın və ailə üzvlərinin səhhətinin yaxşı olduğu bildirilir.

“Trabzonspor” – “Harts” matçı ev sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Həmin kateqoriyadan