“Ustalıq səviyyəsi çatmır”

“Ustalıq səviyyəsi çatmır”

“Qəbələ” premyer liqanın IX turunda səfərdə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında ev sahiblərinin baş məşqçisi Yuri Maksimov bunu deyib:

“Hər dəfə sadə qollar buraxırıq. Sanki rəqibə hədiyyə edir, əvəzində çətinliklə qol vururuq. Futbolçular meydanda bacardıqlarını etməyə çalışırlar. Futboldur, səhv etmək olar, ancaq görünən odur ki, ustalıq səviyyəsi çatmır. Növbəti oyunlara hazırlaşacağıq. İndiki məqamda nəyisə dəyişmək çətindir. “Sumqayıt”la oyunda da birinci hissədə yaxşı oynadıq, qol vurduq, lakin ikinci hissədə üstünlüyü rəqibə verdik. Çalışırıq ki, hər dəfə əvəzetmələrlə oyunu gücləndirək, ancaq alınmır”.

Həmin kateqoriyadan