- Baxış sayı: 37
- 21 Oktyabr 2026 21:05
- Baxış sayı: 534
- Oktyabr 21, 2026
- 0

Yunanıstanlı tennisçi Stefanos Tsitsipas Almatıda keçirilən ATP-250 turnirinin 1/4 finalında Ceyms Dakvortu məğlub edib – 6:3, 6:4.
Allsport.az xəbər verir ki, bu qələbə ilə Tsitsipas karyerasında 56-cı, cari mövsümdə isə ikinci dəfə yarımfinala yüksəlib. O, iyulda Qştaadda keçirilən torpaq kort turnirinin qalibi olub.
Yunanıstanlı tennisçi 2025-ci ilin fevralında Dubayda çempion olduqdan sonra ilk dəfə sərt kortda yarımfinala yüksəlib.
Finala vəsiqə uğrunda o, dünya reytinqinin 128-ci pilləsində qərarlaşan, təsnifat mərhələsindən gələn Nikoloz Basilaşvili ilə qarşılaşacaq.