- Baxış sayı: 19
- 23 Oktyabr 2026 22:43
- Baxış sayı: 554
- Oktyabr 21, 2026
- 0

“Qəbələ” premyer liqanın IX turunda səfərdə “Araz-Naxçıvan”ı 2:1 hesabı ilə məğlub edib. Allsport.az xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi Yeton Bekiri bunu deyib:
“Bu gün çətin oyun oldu. Hər iki komanda üçün qələbə vacib idi. Qalib gəldik, amma bununla kifayətlənməli deyilik. Bundan sonrakı matçlarda da 3 xal əldə etmək lazımdır. Zamanla daha yaxşı olacağıq.
İlk qolu biz vursaq da, rəqib hesabı bərabərləşdirdi. “Araz-Naxçıvan”ın keyfiyyətli futbolçuları var. Bəzən onlar bizi məcbur edirdilər ki, müdafiəyə çəkilək. Oyunun bəzi məqamlarından razı qalsam da, bəzilərindən narazı qaldım. Amma hələ işimiz çoxdur”.