Yığmamız Avropa birinciliyinə məğlubiyyətlə başladı

Yığmamız Avropa birinciliyinə məğlubiyyətlə başladı

Azərbaycanın 20 yaşadək voleybolçu qızlardan ibarət milli komandası Avropa çempionatının təsnifat mərhələsində keçirdiyi ilk oyunda uduzub.

Allsport.az xəbər verir ki, U-20 bu gün EEVZA – şərqi Avropa voleybol zonal assosiasiyası çempionatında Polşa seçməsinə məğlub olub.

Qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:0.

Xatırladaq ki, Göyxan Edmanın baş məşqçisi olduğu kollektiv oktyabrın 24-də Latviya ilə münasibətlərə aydınlıq gətirəcək.

Həmin kateqoriyadan