- Baxış sayı: 34
- 23 Oktyabr 2026 13:48
- Baxış sayı: 528
- Oktyabr 21, 2026
- 0

“Roma” ciddi itki ilə üzləşib.
Allsport.az xəbər verir ki, komandanın kapitanı Lorenzo Pelleqrini zədələnib.
30 yaşlı yarımmüdafiəçi sağ bud nahiyəsində zədə alıb. Onun 6-8 həftə yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Pelleqrini UEFA çempionlar liqasında “Slovan Bratislava”ya qarşı keçirilən və “Roma”nın qələbəsi ilə başa çatan matçda zədələnib.