“Çaykur Rizəspor”un ukraynalı futbolçusunun xanımı qalmaqallı fotolarla yenidən gündəmə düşüb

Türkiyənin “Çaykur Rizəspor” klubunda çıxış edən ukraynalı Nikolay Morozyukun həyat yoldaşı İrina diqqət mərkəzində olmağı çox sevir. Allsport.az saytı xəbər verir ki, o, ictimai həyata açıqdır, reklamlarda rol alır və son dönəmdə doğma şəhəri Lvovda futbol komandasına rəhbərlik edir. Bununla da, gözəl xanım Ukrayna tarixinə futbol klubunun prezidenti olmuş ilk qadın kimi tarixə düşüb.

Cəlbedici sarışın öz İnstaqramında (irina_moroziuk) çox səmimi şəkillər yükləməyi sevir, bəziləri o qədər isti olur ki, sosial şəbəkənin moderatorları hətta onları silmək məcburiyyətində qalırlar.

Fotolarının başlıqlarında İrina, indi dəbdə olduğu kimi, həyat və münasibətləri də əks etdirir və ayrılıqdan və ya cavabsız bir sevgidən necə xilas olmağa dair məsləhətlər verir. Doğrudur, o nəsə deyir, amma abunəçilərin əksəriyyəti yazıların imzası ilə müqayisədə, cazibəli bədən quruluşlu xanımın şəkillərinin məzmunu ilə daha çox maraqlanırlar.

Həmin kateqoriyadan