- Baxış sayı: 151
- 08 May 2026 23:17
- Baxış sayı: 224
- May 08, 2026
- 0

“Fənərbağça”nın hücumçusu Edin Ceko karyerasını “A” seriyasında davam etdirəcək.
Allsport.az xəbər verir ki, 39 yaşlı futbolçu “Fiorentina” ilə razılıq əldə edib.
İtaliya təmsilçisi bosniyalı oyunçu ilə müddəti 2027-ci ilin yayına qədər olan müqavilə bağlayacaq. Onun məvacibi 1,5 milyon avro olacaq.
Cekonun “Fənərbağça” ilə müqaviləsi bu ayın sonu bitir. O, son mövsüm ərzində iştirak etdiyi 54 oyunda 21 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.