- Baxış sayı: 38
- 09 Avqust 2026 17:15
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

“Milan”la Mayk Menyanla bağlı danışıqların nəticəsiz qalmasından sonra “Çelsi” yeni qapıçı axtarışlarını davam etdirir.
Allsport.az xəbər verir ki, London təmsilçisi “Barselona”dan “Mançester Yunayted”in də maraqlandığı qapıçı Mark-Andre ter Ştegenlə bağlı məlumat istəyib.
Əvvəllər ter Ştegenin “Barselona”nın baş məşqçisi Hans-Diter Fliklə konflikt yaşadığı bildirilirdi. 33 yaşlı qolkiper “Espanyol”dan Xoan Qarsiyanın transferindən də narazı qalıb.
Ter Ştegen zədə səbəbindən ötən mövsümün çox hissəsini buraxmışdı. O, bütün yarışlarda 9 oyunda iştirak edib, 11 qol buraxıb.