Diki Dvi 1/8 finalda büdrədi

Badmintonçularımız Litvanın Panevejis şəhərində beynəlxalq turnirində çıxışlarını başa vurublar. Allsport.az saytı xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında Diki Dvi Pangestu təsnifat mərhələsinin sonuncu görüşündə indoneziyalı Alden Lefilsona 2:1 (19-21, 21-15, 21-14) qalib gəlib, əsas mərhələdə ilk görüşdə malayziyalı Teh Zi Yini 2:0 (21-10, 21-18) məğlub edib. 1/8 finalda danimarkalı Kristofer Vittorianiyə 1:2 (14-21, 22-20, 8-21) yenilib.

Təsnifat mərhələsində ardıcıl olaraq 2 qələbə qazanan Məhəmməd Qədafi isə əsas mərhələyə yüksəlmək uğrunda keçirilən görüşdə isveçli Yohan Azeliusa 1:2 (17-21, 21-17, 17-21) məğlub olub.

Kişi badmintonçuların qoşa yarışında Aqil Qəbilov – Diki Dvi Pangetsu tandemi 1/16 finalda Malayziya təmsilçiləri Məhəmməd Faris-Jia Çenq qoşasına 0:2 (12-21, 10-21) uduzublar.

Cahid Əlhəsənov – Məhəmməd Qədafi qoşası Karl Kert – Mihkel Talts (Estoniya) tandeminə 1:2 (18-21, 21-13, 16-21) yeniliblər. Cahid Əlhəsənov və Era Maftuha qarışıq qoşa kateqoriyasında Yoan Monroy – Ania Setien (İspaniya) cütünə 0:2 (9-21, 6-21) məyus olublar.

Həmin kateqoriyadan