“Diqqətimizi çempionatın fasilədən sonrakı bölümünə yönəldəcəyik”

Premyer liqanın 18-ci turunda “Kəpəz” səfərdə “Neftçi”yə 0:2 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, gəncəlilərin baş məşqçisi Adil Şükürov oyun haqda danışıb:

“Biz futbolu azarkeşlərimiz üçün oynayırıq. Onların hər addımda komandanın yanında olması çox sevindiricidir. Çalışırıq ki, fanatların inamını doğruldaq. Oyuna gəlincə, buraxdığımız qolların üzərində daha çox işləməliyik. Oyun olaraq komandamız düşünmürəm ki, rəqibdən geri qaldı. Sadəcə epizodlarımızdan istifadə edə bilmədik. Rəqib isə əksinə fürsətləri dəyərləndirdi, qalib gəldi. Diqqətimizi çempionatın fasilədən sonrakı bölümünə yönəldəcəyik”.

Həmin kateqoriyadan