Dünya kubokunda finallar

Bakıda atıcılıq üzrə dünya kuboku sona yaxınlaşır. Allsport.az saytı xəbər verir ki, bu gün daha bir növdə mükafatçılar bəlli olub.

Kişilər arasında 25 metr məsafəyə tapançadan cəld atəş açmada 3-cü yeri almaniyalı Florian Peter tutub. O, mərhələni 27 xalla başa vurub.

Gümüş medalı Fransa təmsilçisi Klemen Besua əldə edib. O, 32 xal qazanıb.

Yarışın qalibi 33 xalla çinli Yu Heng Li olub.

Bu gün qadınlar arasında 50 metr məsafəyə tüfəngdən 3 mövqedən atəş yarışları ilə dünya kubokuna yekun vurulacaq.

Həmin kateqoriyadan