- Baxış sayı: 38
- 09 Avqust 2026 17:15
- Baxış sayı: 222
- Avqust 05, 2026
- 0

“Barselona”nın hücumçusu Lamin Yamal dünyanın ən dəyərli futbolçusu olub.
Allsport.az xəbər verir ki, “Transfermarkt” portalında son yenilənmələrə əsasən, 17 yaşlı oyunçunun bazar dəyəri 200 milyon avroya çatıb.
Yamal bu göstərici ilə Cud Bellingem (“Real Madrid”), Kilyan Mbappe (PSJ) və Erlinq Holandı (“Mançester Siti”) qabaqlayır. Sadalanan futbolçuların hər birinin qiyməti 180 milyon avrodur.