Keçmiş sevgilisi Unai Emeridən gileyləndi: Hədiyyələr almırdı. Mən yataqda uzanır, o isə futbola baxırdı

İngiltərənin “Arsenal” klubunun keçmiş baş məşqçisi Unai Emeri son uğursuzluqları onunla sevgili olmuş Saşa Raytla əlaqələndirib. Allsport.az saytı xəbər verir ki, 35 yaşlı gözəl dərdini “San” nəşrinə danışıb:

“Mən Unaiyə güvənirdim və inanırdım nə vaxtsa evlənəcəyik, uşaqlarımız olacaq. Düşünürdüm, alicənab və ailəcanlı adamdır. Ancaq sonda anladım ki, tərəf müqabilim ciddi münasibətə hazır deyil. Onu ancaq işi maraqlandırıdı. Mən yataqda uzanırdım, o isə futbola baxırdı. Buna çox əsəbləşdim. O, mənə hədiyyələr almırdı. Düzü, buna lüzum da yoxuydu, çünki pula ehtiyacım yox idi. Öncələr Emeri ilə vaxt keçirməyi sevirdim. Bu inanılmaz tətil, həftə sonları, amma futbol … Tez cansıxıcı oldu.

Biz ayrılandan sonra “Arsenal” uğursuzluğu başladı. Emeri mənə ağ cadügər deyirdi. Söyləyirdi ki, ona uğursuzluq gətirdim. Ayrılığına görə məni ittiham etdi. Məndən ayrılandan sonra normal düşünə bilmədiyini və stressdə olduğunu söylədi. Buna əsəbləşsəm də, işi bu idi və qəbul edirdim. 2019-cu ilin sentyabrında isə ayrılmağa qərar verdim”.

48 yaşlı ispaniyalı mütəxəssis 2018-2019-cu illərdə “Arsenal”ın baş məşqçisi olub.

Həmin kateqoriyadan