“Elə oyunlar olub ki, layiq olmamışıq, amma qalib gəlmişik”

“Səbail” premyer liqanın 18-ci turunda səfərdə “Sumqayıt”a 0:1 hesabı ilə məğlub olub. Allsport.az xəbər verir ki, “dənizçilər”in baş məşqçisi Şahin Diniyev oyun haqda danışıb:

“Oyun haqda danışmaq asan və çətindir. Şikayətlənməyi sevməyən məşqçiyəm. Amma kiçik komandayıq, birdən-birə altı nəfərin olmaması böyük faciədir. Nə oyunu dəyişmək olur, nə də gücləndirmək. Futbolçulara təşəkkür edirəm. Dominant futbol oynadıq. Sadəcə, bəxtsizliyə görə uduzduq. Elə oyunlar olub ki, layiq olmamışıq, amma qalib gəlmişik. Məğlubiyyətə layiq deyildik. Yaxşı oynadıq. Topa nəzarət bizdə idi, keyfiyyətli oynadıq. 18-ci tur olsa da, komandamızda güc var idi. “Sumqayıt”ı təbrik edirəm”.

Həmin kateqoriyadan