Elmar Baxşiyev: Antalyaya yollanmayacağıq, onun yerinə futbolçu alınacaq

Bu gün “Qəbələ” premyer liqanın 18-ci turunda evdə “Sabah”a 1:0 qalib gəldi. Allsport.az saytı xəbər verir ki, mətbuat konfransında qonaqların baş məşqçisi meydan sahiblərinin baş məşqçisi Elmar Baxşiyev bunu söylədi:

“Çempionatda fasilə yaranır. Çalışacağıq ki, bundan lazımınca yararlanaq. İli qələbə ilə başa vurmağımız yaxşı oldu.

Ötən mövsüm uğurlu çəxış etdik. Amma razılaşaq ki, yay fasiləsində komandanı 10 futbolçu tərk etdi.

Yenidən toparlanmaq vaxt alacaq. Fasilədə Antalyaya yollanmağı planlasaq da, sonradan qərarımı dəyişdim. Onun yerinə 1 futbolçu alsaq, yaxşı olar”.

Həmin kateqoriyadan