Elmar Baxşıyev: Hec-heçə oyuna görədir

Premyer liqasının 7-ci turunda “Zirə” – “Qəbələ” oyunu 1:1 sona yetib. Allsport.az saytı xəbər verir ki, matçdan sonra qonaq komandanın çalışdırıcısı Elmar Baxşıyev bunu söyləyib: 

“Bilirdik ki, bizi çətin oyun gözləyir. Həftəlik hazırlığımızı da buna yönəltmişdik. “Neftçi” ilə görüşdən sonra komandanı psixoloji hazırlamaq bir az çətin idi. Bu qarşılaşmada psixoloji baxımdan eniş yaşamadıq. “Zirə” yaxşı komandadır, iddialı rəqibdir. Heyətində yaxşı yerli və legioner futbolçular var.

Komandanın oyunundan razıyıq. İstədiyimiz əzmkarlığı görürük. Oyundan oyuna istədiyimiz keyfiyyəti verir. Heç-heçə oyuna görədir. Həm bizim, həm rəqibin imkanları oldu. Zədəli Rasim Ramaldanov əməliyyat olunmaq üçün ölkə xaricinə gedib. Bundan sonra 4-5 ay futboldan kənarda qalacaq. Onun əzələ bağları qırılıb. Çalışırıq ki, kollektivi formalaşdıraq. Onu layiqində əvəz edə biləcək futbolçularımız var. Davit Volkov meydanda bizim tapşırıqları maksimum yerinə yetirir. Ona iradımız yoxdur. Sadəcə epizodlardan dəyərləndirə bilmir. Düşünürəm ki, qarşıdakı matçlarda bu da qaydasına düşəcək”.

Həmin kateqoriyadan