- Baxış sayı: 28
- 04 May 2024 12:03
- Baxış sayı: 80
- May 03, 2024
- 0
İngiltərənin Mançester şəhərində Avropa Klublar Assosiasiyasının (ECA) “Marketinq və Kommunikasiya üzrə İşçi Qrupu”nun ilk iclası təşkil olunacaq. Allsport.az xəbər verir ki, işçi qrupunun sədri Ed Vudvardın adından “Neftçi” PFK-ya ünvanlanmış məktubda klubun icraçı direktoru Elnur Məmmədovun iclasa dəvəti öz əksini tapıb.
Klub rəsmisi adı çəkilən tədbirə qatılmaq üçün bu gün İngiltərəyə səfər edib. İclas 15.12.2015-ci il tarixdə “Old Trafford” stadionunda baş tutacaq.
Qeyd edək ki, işçi qrupunun üzvləri arasında İspaniyanın “Real”, İtaliyanın “Milan”, Almaniyanın “Bayern Münhen”, İngiltərənin “Arsenal” kimi klublarının nümayəndələri də var.
Xatırladaq ki, bir müddət əvvəl Avropa Klublar Assosiasiyasının (ECA) İcraiyyə Komitəsi 2015-2017-ci illər üçün 5 işçi qrupunun tərkibini seçərək təsdiq etmişdi. Avropa Klublar Assosiasiyasının “Marketinq və Kommunikasiya qrupu”nda “Neftçi” PFK-nın icraçı direktoru Elnur Məmmədov da yer almışdı.