Elşad Quliyev: Hədəfimiz ilk üçlüyə düşmək, sonra çempion olmaqdır

“Neftçi İdman Klubu”nun futzal komandası “Olimpik Star” idman və əyləncə mərkəzində EKOL-a yoldaşlıq oyunu keçirib. Allsport.az saytı xəbər verir ki, baş məşqçi Elşad Quliyev oyundan sonra neftchi.org-a bunu söyləyib:

“Mənə göstərilən böyük etimada görə klubun idarəetmə aparatının rəhbəri Sadıq Sadıqova dərin minnətdarlığımı bildirirəm. Bütün gücümlə çalışacağam ki, mənə göstərilən etimadı və bəslənilən ümidi doğruldum. Komandaya yeni, gənc oyunçular cəlb etmişik.

Qarşımıza iddialı bir komanda yaratmaq məqsədi qoymuşuq. Hədəfimiz tezliklə ilk üçlüyə düşmək, ardınca isə çempionluğa oynamaqdır. Sadıq müəllimin bir rəhbər kimi futzala xüsusi qaygı göstərməsi bizi sevindirir və qarşıya qoyduğumuz məqsədlərə çatacağımıza böyük inam yaradır”.

Həmin kateqoriyadan