- Baxış sayı: 59
- 12 Avqust 2026 23:53
- Baxış sayı: 250
- Avqust 12, 2026
- 0

Fransa millisinin və İngiltərənin “Arsenal” klubunun müdafiəçisi Vilyam Saliba ciddi zədə səbəbindən əməliyyat olunacaq.
Allsport.az xəbər verir ki, 25 yaşlı futbolçu bel nahiyəsindən əməliyyat olunacaq.
Onun 4-5 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.
Saliba DÇ-2026-da Fransa millisinin əsas heyət oyunçusu olub. O, yarımfinalda İspaniyaya 0:2 hesablı məğlub olduqları görüşdə də start heyətində meydana çıxmışdı.