Emil Balayev “Qarabağ”ın təklifini razılıq vermədi

“Ayntraxt”da çıxış edən həmyerlimiz Emil Balayev hazırda Vətənindədir. Allsport.az saytı xəbər verir ki, qapıçı əməliyyatdan sonra, zədəsini sağaltmaqla məşğuldur. Onun Bakıda olmasından istifadə edən “Qarabağ” ona təklif irəli sürüb.

Çünki Şehiç qeyri-sabit oynayır, tez-tez kobud səhvlər edir. Layiqli əvəzləyici isə yoxdur. Bu mənada “Neftçi”nin icarədə olan qolkiperi Ağdam klubunun planlarına tam uyğun gəlirdi.

Son məlumata görə, Emil Qarabağ”ın təklifini geri çevirib və bildirib ki, o, karyerasını Almaniyada davam etdirməyi düşünür.

Həmin kateqoriyadan