“Enfild”də 60 ilin rekordu

Premyer liqanın 17-ci turu çərçivəsində dekabrın 17-də Liverpulda, “Enfild” stadionunda “Liverpul” – “Mançester Yunayted” matçı keçirilib və 0:0 hesabı ilə heç-heçə qeydə alınıb.

Allsport.az xəbər verir ki, matçı 57 158 azarkeş stadiondan canlı izləyib. Bu, 20 fevral 1963-cü ildən bəri 60 ildə “Enfild”də ən çox tamaşaçı toplayan oyun olub.

Tamaşaçı sayının artması stadionda yeni genişləndirilmiş stendinin yuxarı pilləsinin açılışı ilə bağlıdır. Əlavə tənzimləmələr hesabına yanvarda “Liverpul”un stadionunun tamaşaçı tutumunun 61 000-ə çatdırılması planlaşdırılır.

Həmin kateqoriyadan