- Baxış sayı: 16
- 12 Noyabr 2026 23:56
- Baxış sayı: 381
- Noyabr 09, 2026
- 0

İngiltərənin “Mançester Siti” klubunun futbolçusu Kayl Uolker koronavirusa görə elan edilmiş karantin qaydalarını pozub. Allsport.az xəbər verir ki, 29 yaşlı müdafiəçi evinə 2 fahişə çağırıb.
İngiltərə millisinin üzvü qızlara 2200 funt-sterlinq ödəyib. Qızlardan biri – Luiza Maknamara futbolçunu tanıyıb. O, Uolkerlə 3 saat vaxt keçirdiklərini deyib.
Müdafiəçi hadisədən bir gün sonra sosial şəbəkə hesabında insanları karantin qaydalarına riayət edib, evdə qalmağa çağırmışdı.
“Mançester Siti”nin Uolkeri cəzalandıracağı gözlənilir.