“Fəaliyyətimiz birbaşa Azad Rəhimovun tapşırıqları əsasında həyata keçirilir və özü ilə razılaşdırılır”

Gənclər və idman naziri Azad Rəhimovun son durumuna aydınlıq gəlib. Allsport.az saytı xəbər verir ki, onun gənclər üzrə müavini İntiqam Babayev hazırda ABŞ-da müalicə olunan nazirin səhhətindən danışıb. O, report.az-a açıqlamasında, dövlət rəsmisinin vəziyyətinin yaxşı olduğunu bildirib.

O, hər gün nazirlə əlaqə saxladıqlarını deyib: “Hər bir addım, fəaliyyətimiz birbaşa Azad müəllimin tapşırıqları əsasında həyata keçirilir və özü ilə razılaşdırılır. İnanıram ki, qısa zamanda dönüb, yenidən canlı şəkildə gənclər və idman siyasətinin həyata keçirilməsində iştirak edəcək”.

Həmin kateqoriyadan