Federasiya kubokunun 3-cü mərhələsi keçirildi

Azərbaycan atıcılıq federasiyasının təşkilatçılığı ilə 25-28 oktyabr tarixlərində Bakı atıcılıq mərkəzində 100-ə yaxın idmançının güllə və stend atıcılığı üzrə fərdi və qarışıq komanda yarışlarında mübarizə apardığı federasiya kubokunun 3-cü mərhələsi keçirilib.

Allsport.az xəbər verir ki, gərgin mübarizə şəraitində keçən final yarışlarından sonra yarışlarda qalib gələn idmançılar medal və diplomlarla təltif olunublar.
Mükafatlandırma mərasimindən sonra ən yüksək nəticələrə görə medalların sayı nəzərə alınmaqla idmançılara, hakimlərə və tədbirin uğurla keçirilməsi prosesində iştirak etmiş digər mütəxəssislərə pul mükafatı təqdim edilib.

Həmin kateqoriyadan