FİFA-dan “Neftçi”yə zərbə: Emil Mpenza barəsində çıxarılan qərar qüvvədə saxlanıldı!

2010-cu ildə İsveçrənin “Sion” klubundan “Neftçi”yə transfer olunmuş və 2012-ci ilin qış fasiləsi dövründə “ağ-qaralar”ın düşərgəsindən ayrılan Emil Mpenza barəsində FİFA-nın çıxardığı qərar qüvvədə saxlanılıb.
Allsport.az flaqmanın rəsmi saytına istinadən xəbər verir ki, hücumçunun klubun düşərgəsini özbaşına tərk etməsini əsas gətirərək, 21.02.2012-ci il tarixdə futbolçu ilə imzalanmış müqaviləyə “Neftçi” tərəfindən birtərəfli qaydada xitam verilmişdi.

13.03.2012-ci il tarixdə isə klub tərəfindən FİFA qarşısında futbolçunun klubu tərk etməsi ilə bağlı rəsmi iddia qaldırılmışdı. Emil Mpenza da öz növbəsində FİFA qarşısında əks iddia qaldıraraq təzminat tələb etmişdi.
3 il müddətində davam etmiş araşdırmaların nəticəsi olaraq 21.01.2015-ci il tarixdə FİFA futbolçunun şikayətinə baxaraq onun xeyrinə qərar çıxarmışdı.

Bu qərarla əlaqədar olaraq 15.07.2015-ci il tarixdə “Neftçi” Emil Mpenza məsələsi barəsində İdman Arbitraj Məhkəməsinə (CAS) apellyasiya müraciəti ünvanlamış, 3 ay davam etmiş araşdırmalardan sonra FİFA-nın 21.01.2015-ci il tarixdə futbolçunun xeyrinə çıxardığı qərarı qüvvədə saxlamışdı.

Həmin kateqoriyadan