- Baxış sayı: 72
- 18 Sentyabr 2026 13:44
- Baxış sayı: 152
- Sentyabr 23, 2026
- 0

Bu gün Azərbaycan kubokunda yarımfinal mərhələsinə start verilib. Allsport.az saytı xəbər verir ki, 2-ci yarımfinal cütündə “Neftçi” ilə “Qəbələ” üz-üzə gəlib. İndiyədək kubokda yolları yalnız 1 dəfə kəsişən komandalar iki il əvvəl finalda qarşılaşıblar. Heç-heçə başa çatan matçın taleyini penaltilər seriyası həll edib.
Daha dəqiq olan “Neftçi” kubokun sahibi olub. Budəfəki oyunda da heç-heçə qeydə alınıb – 1:1. Bu üzdən də cütün taleyinə Qəbələdəki cavab matçında aydınlıq gələcək.