- Baxış sayı: 25
- 17 İyun 2025 20:58
- Baxış sayı: 90
- İyun 17, 2025
- 0
“Bayer Leverkusen”in müdafiəçisi Ceremi Frimponq karyerasını İngiltərədə davam etdirəcək.
Allsport.az xəbər verir ki, 24 yaşlı niderlandlı futbolçu “Liverpul”la müqaviləni razılaşdırıb.
Sözləşmənin müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulub.
Frimponq cari mövsümdə 48 oyunda meydana çıxıb, 5 qol vurub və 12 məhsuldar ötürmə ilə yadda qalıb.