- Baxış sayı: 37
- 22 İyun 2026 17:20
- Baxış sayı: 63
- İyun 22, 2026
- 0

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 17-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Neftçi” – AzAL matçının 75-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Elvin Sərkərov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.
“Xəzər Lənkəran” – “Kəpəz” matçının 44-cü dəqiqəsində “Kəpəz”in futbolçusu İsmayıl Aslanov hakimi təhqir etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 4 oyun cəzalanıb, klubu 2000 manat cərimə olunub.