- Baxış sayı: 35
- 20 İyul 2025 10:50
- Baxış sayı: 132
- İyul 20, 2025
- 0
Azərbaycan komandasının baş məşqçisi Fernandu Santuş “Liv Bona Dea Arena”da Macarıstan yığması ilə keçirilən yoldaşlıq görüşündən (1:2) sonra mətbuat konfransında iştirak edib.
Allsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis oyuna yaxşı başlamadıqlarını söyləyib:
“Qapımızdan erkən qol buraxdıq. Ancaq buna dərhal reaksiya verdik və bərabərlik qolunu vurduq. Həmin dəqiqədən sonra balanslı mübarizə getdi. Buna baxmayaraq, ikinci qolu buraxdıq. İkinci hissə bizim üçün daha çətin keçdi. Rəqib yüksək keyfiyyətə malik futbolçulardan qurulub. Lakin futbolçularımız sona qədər bərabərlik qolunu vuracaqlarına inanırdılar. Bəzi oyunçularımızda yorğunluq olduğu üçün dəyişikliklər etdik. Son 15 dəqiqədə 3 qol epizodumuz oldu, bərabərlik topunu vura bilərdik. Futbolda bəzən bəxtin də gətirməlidir. Ümumi götürdükdə futbolçularımın son iki matçdakı oyunundan razı qaldım. Əvvəlki təlim-məşq toplanışı ilə müqayisədə bu dəfə daha yaxşı çıxış etdik”.