Futbolçumuzun komandası yenə məğlub oldu

Almaniya Bundesliqasında 15-ci turun oyunları keçirilib. Allsport.az xəbər verir ki, Azərbaycan yığmasının qapıçısı Emil Balayevin komandası – “Ayntraxt” da növbəti matçına çıxıb.

Frankfurt təmsilçisi doğma meydanda “Darmştadt”la qarşılaşıb. Matç futbolçumuzun komandasının 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb. Zədəli olan Emilin adı bu dəfə də matçın iştirak ərizəsinə daxil edilməyib.

Qeyd edək ki, “Ayntraxt” hazırda 14 xalla 13-cü pillədə qərarlaşıb.

Həmin kateqoriyadan