Füzulidə özəl tədbir

Ümummilli lider Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş “Prezident Kuboku-2025” beynəlxalq reqatası çərçivəsində Füzuli sakinləri üçün xüsusi tədbir keçiriləcək.

Allsport.az xəbər verir ki, əyləncəli proqram çərçivəsində peşəkar avarçəkənlərin nümunəvi çıxışları, uşaq və yeniyetmələr üçün viktorinalar təşkil olunacaq. Həmçinin sakinlərə avarçəkmə qayıqları və trenajorlarda özünü sınamaq imkanı yaradılacaq.

Proqram aprelin 28-də Köndələnçay su anbarında təşkil olunacaq.

Həmin kateqoriyadan