Gənc məşqçilər Danimarkada təcrübə keçiblər

Azərbaycanın badminton üzrə məşqçiləri Danimarkanın Brondbü şəhərində beynəlxalq seminarda iştirak ediblər. Allsport.az saytı xəbər verir ki, təcrübə təliminə gənc mütəxəssislər Orxan QələndərovKənan Rzayev qatılıblar. Seminar Danimarka badminton federasiyası ilə əməkdaşlıq çərçivəsində Avropa badminton konfederasiyası tərəfindən təşkil olunub.

Avropanın müxtəlif ölkələrindən iştirak üçün dəvət olunan məşqçilər ölkədə badmintonun uğurlu inkişaf strategiyası, məşq mədəniyyəti, həm milli komanda, həm də klub səviyyəsində fəaliyyət göstərən məşqçilərin iş prinsipləri ilə yaxından tanış olublar, Danimarka badminton sisteminin önəmli şəxsləri ilə görüşüblər.

Məşğələ gənc badminton məşqçilərinin müəyyən təcrübə qazanması və bunu gələcəkdə öz fəaliyyətlərində tətbiq etməsi baxımından böyük imkanlar yaradır.

Həmin kateqoriyadan