Güllə atıcımızdan qızıl medal

Güllə atıcılığı üzrə Azərbaycan milli komandası Almaniyanın Dortmund şəhərində keçirilən ISAS 2024 beynəlxalq turnirində daha bir medal qazanıb.

Allsport.az xəbər verir ki, 25 m məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda mübarizə aparan Zeynəb Sultanova da fəxri kürsüyə yüksəlib.

Hədəfi daha dəqiq nişan alan təmsilçimiz qızıl medal qazanıb.

Qeyd edək ki, bu, Azərbaycan millisi turnirdə 5-ci mükafatı olub. Bundan əvvəl komandamız 1 qızıl, 2 gümüş və 1 bürünc medal əldə edib.

Həmin kateqoriyadan