Güney Azərbaycan klubu turu məğlub başa vurdu

İran çempionatında 16-cı turun oyunları keçirilir. Allsport.az xəbər verir ki, Cənubi Azərbaycanı təmsil edən “Malavan” da növbəti matçına çıxıb.

Ənzəli təmsilçisi səfərdə “Zobahan”la qarşılaşıb. Matç cənubi azərbaycanlıların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.

Qeyd edək ki, bu gün Güney Azərbaycanı İran çempionatında təmsil edən “Göstəriş” doğma meydanda “Saypa” ilə münasibətlərinə aydınlıq gətirəcək. Təbrizin digər klubu “Traktorsazi” isə ayın 29-da səfərdə “Naft Tehran”la qarşılaşacaq.

Sonda onu da bildirək ki, hazırda “Traktorsazi” 16 klub arasında 22 xalla 8-ci, “Göstəriş” 21 xalla 10-cu, “Malavan” isə 17 xalla 12-cidir.

Həmin kateqoriyadan