“Hətta qələbə qazanmaq üçün imkanımız oldu”

Futzalçılarımız Avropa çempionatında İspaniya yığması ilə 2:2 edib. Allsport.az saytı xəbər verir ki, görüşdən sonra baş məşqçi Joze Alesio da Silvanın açıqlama verib:

“Uşaqlarla hər gün danışırdıq ki, istənilən komandaya qarşı oynamaq olar ki, bu gün də bunu sübut etdik. Bu qarşılaşmadakı motivasiya, konsentrasiya və intizamla Azərbaycan yığması istənilən rəqiblə oynaya bilər.

İspaniya ilə görüşdə futzalçılar bacarıqlarını ən yaxşı şəkildə ortaya qoydular. Düzdür, onlar matçın favoriti hesab edilirdilər, amma nəticəni sensasiya hesab etmirəm. Hətta qələbə qazanmaq üçün imkanımız oldu.

Bugünkü görüşdə az səhvə yol verdik. Oyun intizamından qopmadıq və öz oyunumuzu nümayiş etdirdik.Az da olsa, qrupdan çıxmaq imkanımız qalıb. Bosniya və Hersoqoviniya qarşı yaxşı hazırlaşıb lazımi nəticəni qazanmağa çalışacağıq”.

Həmin kateqoriyadan