VİDEO
Hafiz Məmmədov – 50!

Bu gün “Bakı” futbol klubunun prezidenti Hafiz Məcid oğlu Məmmədovun ad günüdür. Allsport.az xəbər verir ki, “Bakı” futbol klubunun kollektivi bu münasibətlə hamının sevimlisi, qayğıkeş vətəndaş, güclü idarəçi və soyuqqanlı insan Hafiz müəllimi təbrik edir, ona möhkəm can sağlığı və daha böyük uğurlar arzulayır.

Hafiz müəllim sadəliyi və hər bir məsələyə diqqətli yanaşması ilə minlərlə həmvətənimizin qəlbini fəth edib. İndi onun fəaliiyəti ölkə sərhədlərini aşaraq qlobal miqyas almaqdadır. Hafiz Məmmədovun amalı “hər şey Azərbaycanın çiçəklənməsi və inkişafı naminə” şüarı ilə tam uzlaşır. Təsadüfi deyildir ki, dövlət başçısı, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin daxili və xarici siyasətini özünəməxsus iradə və sədaqətlə dəstəkləyən Hafiz Məmmədov iş adamları və hər bir azərbaycanlı üçün nümunəyə çevrilib.

Bu gün artıq Azərbaycan futbolunun sədaları Avropadan gəlir. Hafiz Məmmədovun təşəbbüsü və dəstəyi ilə 5 gənc futbolçumuz İspaniyanın “Atletiko” Madrid klubunun düşərgəsində uzunmüddətli təlim keçir. Son aylar ərzində “Bakı”nın yeniyetmələrdən ibarət 2 komandası Fransanın “Lans” klubunun bazasında təlim-məşq toplanışında iştirak edib. Bu fəaliyyət artan xətlə davam edir. Hafiz Məmmədov Azərbaycan futbolunun gələcəyinə sərmayə qoymaqla yaxın zamanlarda ölkəmizi ləyaqətlə təmsil edəcək milli futbolçularımızın yetişməsində əvəzsiz rol oynayır.

“Land of Fire Azerbaijan” və “Baku-2015” titul reklamları ilə Odlar Yurdunu bütün dünyaya tanıtmaq naminə addımlar atır. Bunlar Hafiz Məmmədovun futbola olan diqqət və qayğısının kiçik epizodlarıdır. Möhtərəm prezident cənab İlham Əliyevin “Azərbaycanda 2005-2015-ci illər ərzində futbolun inkişafı barədə” imzaladığı Dövlət Proqramının uğurla həyata keçirilməsində öncül rolunu oynayan Hafiz müəllim yenilikçi və novator təfəkkürü ilə Azərbaycan bayrağını Avropada dalğalandırır, ölkəmizi və onun gözəl xalqını təbliğ edir. Bunlara görə Hafiz Məmmədova Azərbaycan futolsevərləri, azarkeşlər, milli futbolumuzu sevənlər və dəstəkləyən adından xüsusi təşəkkürümüzü bildiririk.

“Bakı” futbol klubunun prezidenti Hafiz Məcid oğlu Məmmədov 2 dekabr 1964-cü ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan şəhərində anadan olub. 2004-cü ilin noyabr ayından etibarən “Bakı” futbol klubunun prezidenti, 2005-ci ildən AFFA İcraiyyə Komitəsinin üzvüdür. Hafiz Məmmədov eyni zamanda “Baghlan Group FZCO” şirkətinin prezidentidir. Azərbaycan, rus və ingilis dillərində sərbəst danışır.

Ailəlidir, 3 övladı var.

Həmin kateqoriyadan